“Microsoft” kapitallaşma dəyərinə görə “Google”u geridə qoyub

A- A A+

“Microsoft” şirkəti 3 ildə ilk dəfə kapitallaşma dəyərinə görə “Alphabet” şirkətini üstələməyə müvəffəq olub. “Windows” istehsalçısı və “Google” şirkətinin bazar qiymətindəki fərqi təxminən 10 milyard dollar təşkil edib.

NUHÇIXAN xəbər verir ki, NASDAQ birjasında ticarət əməliyyatlarının yekunlaşması zamanı “Microsoft” korporasiyası 749 milyard dollar dəyərində qiymətləndirilib, halbuki “Alphabet”in göstəricisi 739 milyard dollar təşkil edib. Beləliklə, “Microsoft” dünyada üçüncü ən bahalı şirkət olub, “Alphabet” isə dördüncü yerdə qərarlaşıb. Reytinqin ilk pillələrində müvafiq olaraq “Apple” və “Amazon” şirkətləri qərarlaşıb.

2004-cü ildə birjaya çıxmış “Google” şirkəti 8 il sonra ilk dəfə 1986-cı ildə maliyyə bazarında çıxış etmiş “Microsoft” korporasiyasını ötə bilmişdi. Növbəti illərdə rəqib şirkətlər reytinqdə tez-tez yerlərini dəyişirdilər. Ancaq son 1 ildə “Microsoft” şirkətinin səhmləri 40 faiz bahalaşıb ki, bu da axtarış sisteminin səhmlərindən 5 dəfə daha bahadır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: