“Facebook” istifadəçilərin məlumatlarını onlarla smartfon istehsalçısına ötürür

A- A A+

Son illərdə “Facebook” şirkəti istifadəçilərin fərdi məlumatlarını 60 smartfon və başqa qurğu istehsalçısına ötürüb. Bu haqda “The New York Times” nəşri məlumat yayıb.

NUHÇIXAN xarici KİV-lərə istinadla xəbər verir ki, dünyanın ən böyük sosial şəbəkəsi “Apple”, “Microsoft”, “Amazon” və “Samsung” kimi şirkətlərlə müvafiq razılaşmalar imzalayıb.

Əsas məqsəd digər sosial şəbəkələr arasında öz vəziyyətini gücləndirmək istəyidir.

Bu, Mark Zukerberqin şirkəti tərəfindən istifadəçi məlumatlarının təhlükəsizliyinə riayət edilməsini şübhə altına qoyur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: