“Nokia” 4G-ni dəstəkləyən telefonu satışa çıxardı

A- A A+

Bu ilin fevral ayında təqdim edilmiş və 4G şəbəkəsini dəstəkləyən “Nokia 8110” telefonu satışa çıxarılıb.

NUHÇIXAN ixbt.com saytına istinadən xəbər verir ki, hələlik onu Sinqapurda əldə etmək mümkündür. Ancaq cihaz digər bazarlarda da əlçatan olacaq.

Sinqapurun “Lazada” mağazalarında onun qiyməti təxminən 73 dollardır. Alıcılara sarı və qara rənglərdə telefonlar təklif edilib.

Avropada isə “Nokia 8110” telefonlarına sifarişlərə başlanılıb. Fransa, İtaliya, İspaniya və Almaniyada cihazı müvafiq olaraq 89,75, 91,24, 90,50 və 88,99 avroya almaq mümkündür. Telefonun iyulun 4-də satışa çıxarılacağı gözlənilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: