“Apple” yeni əməliyyat sistemini təqdim etdi

A- A A+

“Apple” korporasiyası San Xose şəhərində keçirilən proqram tərtibatçılarının konfransında (Worldwide Developers Conference 2018 – WWDC) yeni əməliyyat sistemini təqdim edib.

NUHÇIXAN-ın xəbərinə görə, şirkətin proqram təminatı üzrə vitse-prezident Kreyq Federiqi “iOS 12” əməliyyat sistemi barədə məlumat verib. O bildirib ki, yeni əməliyyat sistemi şirkətin smartfonlarının və planşetlərinin məhsuldarlığını artıracaq, işini sürətləndirəcək və onları daxil olan siqnallara daha həssas edəcək. Köhnə “iPhone” və “iPad”lərin də işi sürətləndiriləcək. Məsələn, “iPhone 6 Plus” smartfonunda proqram əlavələri 40%, klaviatura 50%, kamera isə 70% daha sürətlə işləyəcək. Yenilənmə “iPhone 5s”dən “iPhone X”na qədər bütün “Apple” cihazları üçün əlçatan olacaq.

Smartfon xəstəliyi ilə mübarizə

Əməliyyat sisteminə “Screen Time” funksiyası əlavə edilib. Onun köməyi ilə istifadəçilər mobil cihazlarla nə qədər vaxt keçirdiklərinə nəzarət edəcəklər. Bu yenilik insanların texnologiyalardan ifrat dərəcədə asılılığının yaranması ilə bağlıdır.

Bundan başqa, valideyn nəzarəti funksiyası da var və bu, ata-analara imkan verəcək ki, uşaqların smartfondan istifadə müddətini və onların smartfonun imkanlarından tam yararlanmasını məhdudlaşdırsın.

“Аpple” əlavə reallıq (AR) məkanlarının yaradılması üçün yenilənmiş platforma da təqdim edib və istifadəçi funksionallığını genişləndirib. Əlavə reallıqda artıq oyun zamanı dostların fəaliyyətini də müşahidə etmək mümkün olacaq.

“Mac” üçün yeni əməliyyat sistemi

“Apple” “Mac” masa kompüterləri üçün “macOC Mojave” əməliyyat sistemini də təqdim edib. Əsas diqqət istifadəçi məlumatlarının mühafizəsinə yönəlib. Məsələn, istifadəçi biləcək ki, hansı proqramlar kompüterin yeri barədə informasiyaları əldə edir və hansıları mikrofona çıxış istəyir. Yenilənməyə “Safari” brauzeri üçün əlavə alətlər daxildir. Orada istifadəçi haqqında sosial şəbəkələrdə məlumat toplamağı məhdudlaşdıran rejim mövcuddur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: