“Instagram” 1 saatlıq videomateriallar yerləşdirməyə imkan verəcək

A- A A+

“Instagram” sosial şəbəkəsi öz istifadəçilərinə 1 saatlıq çarxlar yükləməyə imkan verməyi planlaşdırır.

NUHÇIXAN “yugopolis.ru” saytına istinadən xəbər verir ki, “WSJ” nəşrinin məlumatına görə, yenilik şaquli çarxlarla bağlıdır. Amma şirkətin planları dəyişə bilər. Son bir neçə həftə ərzində “Instagram” naşir və məzmunun yaradıcıları ilə keçirdiyi bir sıra görüşlərdə öz platforması üçün uzunmüddətli video formatını müzakirə edib.

İndi “Instagram”da  yerləşdirilə bilən çarxların uzunluğu 1 dəqiqə ilə məhdudlaşdırılıb. “Stories” xidməti 15 saniyəlik bir neçə çarxın ardıcıl dərcinə imkan verir. 2016-cı ilin avqustunda istifadəyə verilmiş “Stories” xidmətindən indi hər gün 300 milyondan çox istifadəçi yararlanır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: