Avropada Marsa göndəriləcək robot-roverlər hazırlanıb

A- A A+

Avropada “Struktur termal model” (“STM”) adlandırılan və 2020-ci ildə Mars planetinə göndərilməsi nəzərdə tutulan Mars robot-roverlərin dizaynı üzərində işlər başa çatıb.

NUHÇIXAN “BBC”yə istinadla xəbər verir ki, Avropa Kosmik Agentliyinin “ExoMars” proqramı çərçivəsində hazırlanan üç roverdən biri qırmızı planetdə həyatın mövcudluğunu araşdıracaq. “STM”lərin dizaynı da buna uyğun tərtib edilib. Bu, Mars roverləri sərt zəmində hərəkət etdirmək üçün sınaqdan keçiriləcək. Onların ikisi yerdə qalacaq və fors-major situasiyalarda istifadə olunacaq. Bütün bu arqumentlər “ExoMars” proqramının yekun variantında nəzərə alınıb.

“STM”lər “Airbus” şirkətinin Böyük Britaniyadakı “Stevenage” zavodunda yığılır və təkmilləşdirilməsi, habelə ekoloji testdən keçirilməsi üçün Fransanın Tuluza şəhərində göndəriləcək. Mühəndis Ebbi Hattinin sözlərinə görə, son testlərdə Mars roverlərin raketlə fəzaya göndərilməsi zamanı vibrasiyalara və təkanlara davamlılığı sınaqdan keçiriləcək.

Mayın 8-də Avropa Kosmik Agentliyinin toplantısı keçiriləcək. Bu tədbirdə roverlərin bütün göstəricilərinin bir daha nəzərdən keçirilməsi və Marsa göndərilməsi üçün yekun rəy verilməsi nəzərdə tutulur. “ExoMars” proqramının aparıcı mütəxəssisi Yorq Veyqo bildirib ki, roverlərdə Marsda həyat əlaməti axtarmaq üçün nəzərdə tutulan “analitik siyirtmələr” adlanan bölmədə problemlər mövcuddur və onlar yenidən sınaqdan keçiriləcək.

“ExoMars” proqramında Rusiya mühəndisləri də iştirak edirlər. Onların məşğul olduğu sahə isə Marsın səthinə enmə mexanizminin hazırlanmasıdır. Mars roverlərindən ikisi bu parametrlər üzrə Moskvada yoxlamadan keçəcək. Bu yoxlamalarda robot-roverlərin təkərlər üzərində və yürüyərək hərəkətinə daha bir baxış keçiriləcək. Bundan əvvəl NASA-nın kosmosa göndərdiyi “Spirit” roveri məhz bu funksiyalarında problemlərlə bağlı missiyasını yerinə yetirə bilməmişdi.

Mars roverlərinin digər vacib funksiyası avtomatik naviqasiyadır. Özü-özünü sürən sistem robot-roverlərə Marsın səthində cığır açmağa, sərt qayaları və çuxurları yan keçməyə imkan verəcək. Əvvəllər bu proses yerdən komanda əsasında və çox ləng həyata keçirilirdi. Məsələn, avtomatik naviqasiya sayəsində 15 gün ərzində qət edilən yolu beş günə getmək mümkün olacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: