“Facebook” “canlı karaoke” yaratdı

A- A A+

Facebook” şirkəti öz istifadəçiləri üçün “canlı karaoke” tipində yeni tətbiq yaratması barədə məlumat verib.

NUHÇIXAN Actualnews.org saytına istinadən xəbər verir ki, artıq xüsusi proqram vasitəsilə real zaman rejimində nəinki özünün, hətta kollektiv şəkildə populyar mahnıların oxunmasını yayımlaya biləcək.

“Facebook” tərtibatçıları özlərinin “canlı karaoke” tətbiqini yaratmaqla Musical.ly xidmətinə tamhüquqlu rəqib olmağı düşünürlər. Yenilik artıq qeydiyyatdan keçən istifadəçilərə nəinki özünü vokalist rolunda hissəetmək, həmçinin canlı yayımın köməyi ilə bu ifanı dostlara da yayımlamaq imkanı verəcək.

Yayıma istifadəçilər qrupunu əlavə etmək imkanı da var ki, bununla da duet, trio, kvartet və hətta bir xor da yaratmaq olacaq. “Lip Sync Live” tətbiqi sosial şəbəkəyə daha gənc auditoriyanın cəlb edilməsinə istiqamətlənib ki, “canlı karaoke” imkanları ilə eyni zamanda canlı yayım daha maraqlı və praktik olacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: