Təkadamlıq uçan aparat - VİDEO
“Google”un qurucularından biri Larri Peycin yaratdığı və dəstəklədiyi “Kitty Hawk” startapı öz saytında yeni uçuş aparatının videosunu yerləşdirib.
NUHÇIXAN-ın məlumatına görə, drona oxşayan “Flyer” bir nəfər tərəfindən idarə olunur, saatda 30 km-dən çox sürətlə hərəkət edir və 3 metr hündürlüyə qalxır.
Şirkət hələlik “Flyer”in nə vaxt satışa çıxacağını açıqlamayıb. “Bloomberg” bildirir ki, ilk alıcılar istirahət mərkəzləri və idman klubları olacaq.
Bu, “Kitty Hawk”ın ilk icadı deyil. Şirkət daha əvvəl iki yerlik “Cora” elektrotəyyarəsini təqdim edib. Bu təyyarə iri şəhərlərdə alternativ nəqliyyat vasitəsi kimi nəzərdə tutulur. Hazırda “Cora” Yeni Zelandiyada sınaqlardan keçir.