“VoloDrone” dronu 200 kiloqramlıq yükləri qaldıracaq

A- A A+

Eksperimental uçan aparatlar sahəsində texnologiyalarla məşhur olan "Volocopter" şirkəti yükdaşımalar üçün nəzərdə tutulan 18 rotorlu "VoloDrone" pilotsuz uçan aparatını nümayiş etdirib.

NUHÇIXAN Vesti saytına istinadən xəbər verir ki, məlumata görə, aparat məsafədən idarə olunur və ya avtonom şəkildə əvvəlcədən verilmiş marşrut üzrə hərəkət edir. O, havaya təkcə yük qutularını deyil, həmçinin sahələrin becərilməsi üçün kənd təsərrüfatı alətlərini və ya xilasedici avadanlığı qaldırır.

Bir müddət əvvəl nümayiş olunan "VoloCity" sərnişin dronu kimi "VoloDrone" aparatının da maksimal yükqaldırma qabiliyyəti 200 kq təşkil edir. Maksimal sürət də dəyişməz qalıb (110km/saat), uçuş məsafəsi isə 40 kilometrədək artırılıb. Dronun diametri 9,2 metr, dayaqlarla hündürlüyü 2,3 m təşkil edir. Müntəzəm uçuşlar zamanı aparatın batareyalarının enerji ilə doldurulmasını gözləməyə ehtiyac yoxdur. Çünki çıxarılabilən batareyaların əvəzlənməsi üçün 5 dəqiqə tələb olunur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: