Beyin dalğalarından parol kimi istifadə təklif olunur

A- A A+

ABŞ alimləri beyin dalğalarından biometrik parol qismində istifadəni təklif edirlər. Təklif olunan biometrik sistem beyin dalğalarını ölçərək müdaxilə nəticəsində asanlıqla dəyişdirilən unikal beyin parolu yaradır.

NUHÇIXAN xəbər verir ki, yeni texnologiya yaradıcılarının sözlərinə görə, bütün mövcud biometrik sistemlər parolu asanlıqla dəyişdirmək imkanının olmaması səbəbindən qeyri-mükəmməldir. Bu məlumatlara müdaxilə ediləcəyi təqdirdə yeni barmaq izi və ya qüzehli qişa yetişdirmək qeyri-mümkün olur. Buna görə beyin fəallığını insan müəyyən şəklə baxan zaman oxuyan yeni tip parol hazırlanıb. Belə paroldan istifadə sadədir və digəri ilə asanlıqla əvəz olunur (başqa şəkilləri götürmək kifayət edir).

Buffalo Universitetinin (Nyu-York ştatı) Venyao Syunun başçılıq etdiyi mütəxəssislər qrupu virtual reallıq qarniturunun konfiqurasiyasını dəyişərək onun elektrodlarının sayını azaldıb. Beyin fəallığını qeydə alan elektrodlar onun üç sahəsini ölçürlər: alın payı (hadisələr haqqında yaddaş), əmgək payı (sifətin tanınması) və gicgah payı (mətnin başa düşülməsi). İstifadəçilərə sürətli ardıcıllıqla (1,2 saniyə) üç şəkil göstərilir. Proses üç dəfə təkrarlanır və dördüncüdə “beyin” parolu hazır olur.

Testlərdən məlum olub ki, beyin parolunun effektivliyi 95 faizi ötür. Texnologiya Milli Elm Fondu (National Science Foundation, NSF) və İdentifikasiya Texnologiyalarının Tədqiqat Mərkəzi (Center for Identification Technology Research) tərəfindən dəstəklənib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: