Çinin Şian şəhərində “ağıllı” telefonlara baxaraq yeriyən piyadalar üçün ayrıca zolaq yaradılıb.
NUHÇIXAN BBC telekanalının saytına istinadla xəbər verir ki, qırmızı, yaşıl və mavi rənglərə boyanan zolağın eni 80 santimetr, uzunluğu isə 100 metrdir. Magistraldan ayrılan zolağın üzərinə “ağıllı” telefon” işarəsi çəkilib. Bu da zolağı digər piyada yollarından ayırır.
Şəhərin sakinləri bu zolağın yaradılmasından məmnunluqlarını bildiriblər. "Məlum olduğu kimi gənclər günlərini telefonlardan istifadə edərək keçirirlər. Belə bir təşəbbüsün reallaşmasını yüksək dəyərləndiririk. Hesab edirik ki, bu, telefonlar ilə daha çox vaxt keçirən piyadaların müdafiəsi baxımdan əhəmiyyətlidir”, - deyə sakinlər vurğulayıblar.