Wi-Fi 6 testləri tamamlandı: Saniyədə 10Gb fayl yükləmək mümkün olacaq - YENİLƏNİB

A- A A+

NUHÇIXAN xəbər verir ki, Wi-Fi sürətini daha stabil edən yeni protokol Wi-Fi 6-nın testləri tamamlanıb. Bu yeni texnologiya ilə birliktə artıq daha Wi-Fi üzərindən daha yüksək sürətlərə, daha az gecikmə ilə çatmaq mümkün olacaq. Tamamlanan testlərdə 6 millisaniyədən daha az gecikmə ilə 700 Mbps sürətə çatmaq mümkün olub. Bu texnologiyanın maksimum dəstəklədiyi sürət isə 10 Gb/saniyə-dir. Yəni növbəti illərdə bu texnologiya təkminləşdikcə 10 Gb həcmində faylları saniyələr ərzində yükləmək mümkün olacaq.

İlk testlər Mettis AeroSpace ərazisində edilib. Bu ərazi Boeing, AirBus və Rolls Royce şirkətlər tərəfindən istifadə edilir. Buranın seçilməsinin əsas səbəbi isə siqnallara maneə yaradacaq ünsürlərin maksimum olmasıdır. Test zamanı 27 hektarlıq bir əraziyə Wi-Fi 6 şəbəkəsi qurulub. İnternet sürətini yoxlamaq üçün isə yüksək həcmli fayllardan istifadə edilib. Nəticədə 6 millisaniyə gecikmə ilə 700 Mbps sürətə çatılıb. 

Wi-Fi 6 texnologiyası sadəcə sənayə üçün hazırlanmır. Həmçinin ev və iş istifadəçiləri üçün də təkmilləşdirilir. ABI Research,şirkətinin dediklərinə görə az gecikmə və yüksək sürət tələb edən proqramlar səbəbilə, 254 milyonluq bir tələb yaranacaq. Həmçinin bu texnologiyaya 5G-nin tamamlayıcı yanı kimi də baxılır. Gələcəkdə Hibrid sistemlərdə istifadə edilərək daha yüksək sürətlərə çatmaq mümkün olacaq. 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: