Apple şirkəti peyk texnologiyaları üzərində çalışan gizli komanda yaradıb

A- A A+

NUHÇIXAN Bloomberg saytına istinadən xəbər verib ki, Apple şirkəti peyk texnologiyaları ilə maraqlanmağa başlayıb. Ola bilər ki, şirkət fərdi texnoloiyaları vasitəsilə naqilsiz şəbəkə operatorlarından asılılığını azaldaraq  məlumatları öz cihazlarına ötürsün və ya cihazlarını ənənəvi şəbəkə olmadan bir-biri ilə əlaqələndirsin. Bu sahədə şirkətin konkret istiqaməti müəyyənləşdirilməyib.

Lakin nəzəri cəhətdən bu üsulla şirkət şəbəkə operatorları və provayderlərdən asılılığını azalda, yaxşı internet şəbəkəsinin olmadığı rayonlarda öz cihazlarını internet şəbəkəsi ilə təmin edə, cihazların yerləşdikləri yerləri daha dəqiq şəkildə təyin edə və öz kartoqrafik servislərini yaxşılaşdıra bilər. Bu halda şirkətin öz peyklərini istifadəyə verib-verməyəcəyi və ya artıq mövcud olan peyk provayderlərinin təchizatlarından istifadə edib-etməyəcəyi bilinmir.

Məlumata əsasən Apple şirkətinin yaratdığı yeni komandaya 10 mütəxəssis daxil olub. Sözgüedən layihəyə isə Michael Trela və John Fenwick rəhbərlik edirlər. Onlar Google şirkətinin keçmiş mühəndisləridir və bir neçə il bundan öncə Apple şirkətinə keçid ediblər. Layihə hələ ilkin mərhələdədir və bəlkə də istənilən zaman bağlana bilər. Buna baxmayaraq Apple şirkətinin CEO-su Tim Cook bu layihəyə böyük maraq göstərir. Plana əsasən şirkətin bu texnologiyası 5 ildən sonra hazır olacaq. Qeyd etmək lazımdır ki, bu sahəyə həmçinin SpaceX, Amazon və Facebook şirkətləri də böyük maraq göstərirlər. 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: