Növbəti qabaqcıl “Samsung” smartfonu necə adlanacaq?

A- A A+

“Samsung” şirkəti qabaqcıl smartfonların adında seriya nömrəsini dəyişdirmək niyyətindədir. Belə ki, “Galaxy S10” smartfonundan sonra buraxılacaq növbəti model “Galaxy S11” yox, “Galaxy S20” adlanacaq.

NUHÇIXAN Vesti.ru saytına istinadən xəbər verir ki, bu barədə əvvəllər “Samsung” və digər istehsalçılar tərəfindən buraxılacaq smartfonlar haqqında dürüst məlumatlar dərc edən “UniverseIce” bloqunun “Twitter” hesabında deyilir.

Cənubi Koreya istehsalçısı modellərin seriya nömrəsini sonuncu dəfə 2016-cı ildə dəyişib. O zaman “Galaxy Note5” əvəzinə, “Galaxy Note7” təqdim olunub.

“Galaxy S11/S20” smartfonunun təqdimatı 2020-ci il fevralın ortalarında və ya ikinci yarısında gözlənilir.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: