7 ekranlı noutbuk təqdim edilib

A- A A+

Britaniyanın “Expanscape” şirkəti Las-Veqasda keçirilmiş texnologiyalar sərgisində 7 ekranlı yeni “Aurora 7” noutbukunu təqdim edib.
 
NUHÇIXAN belta.by saytına istinadən xəbər verir ki, “Core i9-9900K” prosessoru ilə işləyən yeni noutbuk güclü videokartla təchiz edilib. Lakin qurğunun texniki xüsusiyyətləri deyil, monitorlarının sayı heyrətləndirir. Qeyri-adi noutbukun sahibi 4K təsvir ölçüsündə 17,3 düym diaqonallı 4 ekrana malik olacaq.
 
Bundan başqa, kompüter daha 3 monitora (Full HD təsvir ölçüsündə 7 düymlük) malikdir. Şirkətin nümayəndəsi yaxın vaxtlarda noutbukun texniki xüsusiyyətləri, həmçinin cihazın qiyməti haqqında ətraflı məlumat veriləcəyini bildirib.
 
Qurğu hələ ki yalnız prototip şəklində mövcuddur, ancaq şirkət artıq kütləvi istehsala kimi sözügedən cihazın satışına başlamaq niyyətindədir. Şirkətin rəsmisi hesab edir ki, “Aurora 7” noutbuku kibertəhlükəsizlik üzrə mütəxəssislər üçün uyğun gələcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: