“Apple” şirkəti yeni nəsil smartfon və planşetlərdə enerjidoldurma qurğusu və məlumatların ötürülməsi üçün konnektoru dəyişdirməyi planlaşdırır. Bu haqda avadanlıq tədarükçülərinə istinadən “Digitimes” portalı məlumat verib.
NUHÇIXAN xəbər verir ki, mənbələrin məlumatına görə, istehsalçılar yeni “iPhone” modelində indi istifadə edilən “Lightning” konnektorunu “USB-C” portu ilə əvəz etməyi planlaşdırırlar. Smartfon 2019-cu ildə təqdim ediləcək.Korporasiya artıq “MacBook” kompüterlərini “USB-C” konnektoru ilə təchiz edib. Bu addım şirkətin satışına mənfi təsir göstərib.
Bununla belə “Apple” şirkətinin yeni məhsullarının “USB-C” portu ilə təchizi enerjidoldurma qurğularının unifikasiyası prosesini sürətləndirəcək.