“HUAWEI Enjoy 10e” smartfonu təqdim edilib

A- A A+

“HUAWEI” şirkəti “Enjoy 10e” adlı başlanğıc səviyyəli smartfonunu təqdim edib.

NUHÇIXAN 4pda.ru saytına istinadən xəbər ki, yeni aparat ön panelin 88,4%-ni tutan HD formatlı 6,3 düymlük IPS ekran, 2,3 QHs maksimal takt tezlikli 8 nüvəli “MediaTek Helio P35” prosessoru və 4 QB əməli yaddaşla təchiz edilib. Modelin daxili daşıyıcısının tutumu modifikasiyadan asılı olaraq 64/128 QB təşkil edir. Daxili yaddaşı microSD yaddaş kartının köməyi ilə artırmaq mümkündür.

Cihazın əsas özəlliklərindən biri başqa qurğuların simli şarjı üçün pauerbank rejimini dəstəkləyən 5000 milliamper/saat tutumlu akkumulyatordur. Əsas kamera 13 mp-lik (f/1.8) əsas sensor və 2 meqapiksellik dərinlik sensorundan (f/2.4) ibarət ikiqat kamera. Ön kameranın təsvir ölçüsü 8 mp (f/2.0) təşkil edir. Smartfon “Wi-Fi 802.11b/g/n”, “Bluetooth 5.0”, “GPS”, “microUSB” texnologiyalarını dəstəkləyir və 3,5 mm-lik audio konnektora malikdir. Smartfon “EMUI 10” interfeysli “Android 10” əməliyyat sisteminin idarəetməsi altında işləyir.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: