“Twitter”dən yeni özəllik

407

Məşhur “hekayə” özəlliyi “Twitter”də də olacaq.

NUHÇIXAN “HaberTürk”ə istinadən xəbər verir ki, “Twitter” bu özəlliyi ilk olaraq Braziliyada istifadəyə verib.

Məlumata görə, yeni özəllik “fleets” (flits) adlanacaq. Flitslər tvitlərdən fərqli olaraq, bəyənmə, rəy və ya retvit ala bilməyəcək və 24 saat sonra yoxa çıxacaqlar.

Qeyd edək ki, “hekayə” özəlliyi ilk dəfə “Snapchat” platformasında çıxıb. Bu populyar özəllik sonradan “Instagram”, “Facebook”, “WhatsApp”, “YouTube” kimi nəhəng sosial şəbəkələrdə istifadəyə verilib.  

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: