Tesla şirkəti sayca milyonuncu elektromobilini istehsal etmiş ilk avtomobil istehsalçısı olub

A- A A+

Hələ bir neçə il bundan öncə Tesla şirkətinin elektromobil istehsalını normaya salacağına və çoxlu sayda elektromobil istehsal edəcəyinə çox az adam inanırdı. Lakin dünən şirkət elan edib ki, o, milyonuncu elektromobilini istehsal edib. Həmin elektromobil Model Y olub. NUHÇIXAN xəbər verir ki, bu barədə Hightech.plus saytı xəbər verib. Elon Musk öz Twitter hesabında Tesla-nın sayca milyonuncu elektromobili istehsal etdiyini elan etdi və həmin elektromobili istehsal etmiş komanda ilə birlikdə fotonu paylaşıb.

İstehsal edilmiş sayca milyonuncu elektromobil kompakt ölçülü Model Y olub. Qeyd etmək lazımdır ki, bu, şirkətin dördüncü elektromobil modelidir. Heç bir avtomobil istehsalçısı elektromobil istehsalında bu cür göstəricilərə nail olmayıb. Sözügedən göstəricinin əldə olunması öz növbəsində 2020-ci ilin birinci rübündə Şanxayda Gigafactory istehsalat zavodunun istifadəyə verilməsindən sonra Tesla-nın yüksək satışlarından xəbər verir.

Şirkət Çində il ərzində 150.000 ədəd elektromobil istehsal etməyi planlaşdırır. ABŞ-da yerləşən Gigafactory-də il ərzində 500.000 elektromobil istehsal olunur. Beləliklə Şanxaydakı zavod ilə birlikdə şirkət bu ilin sonuna kimi 650.000 elektromobil istehsal etməlidir. Keçən ilki və yeni məlumatlara əsasən demək olar ki, Tesla-nın istehsalat tempi bir ay ərzində 40.000 elektromobil təşkil edir. 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: