“Microsoft” korporasiyası: “Fərdi kompüterlər virtual reallıq üçün ən yaxşı platformadır”

A- A A+

“Microsoft” korporasiyasının oyunlar bölməsinin marketinq üzrə direktoru Mayk Nikols “Gamesindustry.biz” resursuna müsahibədə “Xbox” oyun qurğusu üçün virtual və ya qatışıq reallıqla bağlı planlarının olmamasını bildirərək fərdi kompüterləri virtual reallıq üçün ən yaxşı platforma hesab etdiyini qeyd edib. NUHÇIXAN xəbər verir ki, ötənilki “Electronic Entertainment Expo” (E3) elektron əyləncələr sərgisində “Xbox” bölməsinin rəhbəri Fil Spenser etiraf edib ki, onlar virtual reallıq əyləncələrinin gələcəyinə inansalar da, bu texnologiya illər sonra kütləvilik qazanacaq. Onun sözlərinə görə, virtual reallıq qurğuları minimum naqilsiz olmalıdır. “Hazırda bunun üçün xüsusi adapterlər mövcuddur, lakin bu əyləncə bahadır”, - o qeyd edib. “Microsoft”, həmçinin tərəfdaşlarla birlikdə “Windows Mixed Reality” platforması üçün virtual reallıq kaskalarının inkişaf etdirilməsi ilə məşğuldur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: