Amerikalı alimlər tərəfindən yaradılmış elektron dəri protez vasitəsilə ağrını hiss etməyə imkan verir

A- A A+

Cons Hopkins Universitetinin nəzdində fəaliyyət göstərən Tibb Məktəbinin alimləri tərəfindən hazırlanmış elektron dəri protez vasitəsilə ağrını hiss etməyə imkan verir. Material zədələnən zaman yenidən yaranan ağrı refleksi ilk öncə dirsək və orta sinirlərə, daha sonra beyinə ötürülür.

NUHÇIXAN “incrussia.ru” saytına istinadən xəbər verir ki, alimlər tərəfindən hazırlanmış material təzyiq və zədələrə reaksiya verən rezin, toxuma və pyezorezistiv lif qatlarından ibarətdir. Pyezorezistiv material deformasiya vaxtı müqavimətini dəyişdirir, ötürücülər sistemi isə elektrik impulsunu sinir impulsuna yönəldir.

Elektron dəri, hələ ki, istilik və kimyəvi təsir vaxtı zədələnmələri müəyyənləşdirmək qabiliyyətinə malik deyil və yalnız xarici mexaniki qıcıqlandırıcılara reaksiya verir.

Yeni texnoloji hazırlamanın sınaqlarında qəza nəticəsində hər iki əlini itirmiş 29 yaşlı kişi iştirak edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: