“Instagram” istifadəçilərə öz foto və videolarını yükləməyə imkan verib

A- A A+

“Instagram” servisinin komandası “Facebook” sosial şəbəkəsində "Məlumatlarınızı yükləyin" (“Download Your Information”) funksiyasının analoqunu təqdim edib. Bu alət “Instagram”a yüklənmiş bütün məzmunu yükləməyə imkan verir.

NUHÇIXAN “ferra.ru” resursuna istinadən yazır ki, “Instagram”ın nümayəndəsi “TechCrunch” resursunun jurnalistlərinə müsahibəsində deyib ki, hazırda “Data Download” funksiyası xidmətin saytı vasitəsilə bütün istifadəçilər üçün əlçatandır, sözügedən funksiya yaxın vaxtlarda mobil proqram üçün də təqdim ediləcək. Sorğu formasına elektron poçt ünvanı daxil edən istifadəçiyə öz hesabındakı məzmunu yükləməyə imkan verən linkdən ibarət məktub göndəriləcək. 48 saat ərzində sorğuya cavab verilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: