Samsung şirkəti Galaxy Z Flip-ə bənzəyən yeni dizaynlı smartfon üzərində çalışır

A- A A+

Qatlana bilən Galaxy Z Flip smartfon modeli Samsung şirkətinin uğurlu təcrübəsi olub. Baxmayaraq ki, sözügedən smartfon bir neçə müddət bundan öncə satışa çıxıb, şirkət artıq onun davamçısı üzərində çalışır. Şirkətin yeni patenti bunu sübut edir. NUHÇIXAN İnformasiya Agentliyi bildirir ki, bu barədə Sammobile saytı xəbər verib. Koreyanın intellektual mülkiyyət üzrə idarəetməsi agentliyi olan KIPRIS-da qeydiyyatdan keçmiş yeni Samsung patentində Galaxy Z Flip-i xatırladan smartfon modeli əks olunub.

Lakin hal hazırda aktual olan Galaxy Z Flip-dən fərqli olaraq patentdə əks olunmuş smartfonun ekranı cihazın daxili sahəsini tam əhatə etməklə yanaşı həmçinin xarici istiqamətə də əyilə bilir. Qeyd etmək lazımdır ki, hal hazırda satışda olan Galaxy Z Flip modeli xarici tərəfdən 1.06 düym ekrana sahibdir və həmin ekranda bildirişlər ilə saat əks olunurlar.

Lakin patentdə əks olunmuş smartfonun qatlana bilən ekranın xarici hissəsi gövdənin yarısını əhatə edir. Beləliklə həmin hissədə daha çox məlumat əks oluna bilər. Bu halda smartfon qatlanmış vəziyyətdə olsa da ondan istifadə etmək mümkün olacaq. Samsung şirkətinin Galaxy Z Flip davamçısında bu cür dizaynı reallaşdırıb-reallaşdırmayacağı bilinmir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: