iPhone 12 smartfonlarının qiymətləri barəsində məlumat verildi

A- A A+

İnternetdə iPhone 12 seriyası barəsində daha çox məlumat ortaya çıxmağa davam edir. İndi isə həmin seriyaya daxil olacaq smartfonların qiymətləri barəsində məlumat ortaya çıxıb. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə GSMarena saytı məlumat yayıb. İnsayder Jon Prosser-in verdiyi məlumata əsasən 6.1 düym ekrana, 5G şəbəkə dəstəyinə və LiDAR skanerinə sahib olacaq iPhone 12 Pro modeli 999$-dan satılmağa başlayacaq. Onun 6.7 düym Pro Max modelinin qiyməti 1099$-dan başlayacaq.

Məlumata əsasən adi iPhone 12 modeli iki versiyada təqdim olunacaq. Birinci versiya 5.4 düym ekrana, ikinci versiya isə 6.1 düym ekrana sahib olacaq. Verilmiş məlumata əsasən, 5.4 düym ekrana sahib adi iPhone 12-nin qiyməti 649$-dan, 6.1 düym ekrana sahib ikinci versiyanın qiyməti isə 749$-dan başlayacaq. 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: