Samsung şirkəti büdcəli Galaxy A21s smartfon modelini təqdim edib

5215

Çoxlu sayda olmuş məlumat sızıntılarından sonra Samsung şirkəti Galaxy A21s adlı büdcəli smartfon modelini təqdim edib. NUHÇIXAN İnformasiya Agentliyi smartfonun əsas özəllikləri sırasında Infinity-O ekran, dördlü arxa kamera və yüksək həcmli batareya var. Beləliklə Galaxy A21s smartfonu 1600x720 piksel keyfiyyətli ekrana sahibdir. Ekranın yuxarı sol hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Barmaq izi skanı texnologiyası smartfonun arxa panelindədir.

Əsas texniki göstəricilərə gəldikdə isə smartfon 8 nüvəli Exynos 820 prosessoru, 3/4/6 GB RAM, 32/64 GB daxili yaddaş həcmi (512 GB-a kimi microSD dəstəkli), 48 MP (f/2.0 diafraqmalı) + 8 MP (f/2.2 diafraqmalı ultragenişbucaqlı sensor) + 2 MP (ToF sensor) + 2 MP (makroobyektiv) dördlü arxa kamera, 13 MP-lik (f/2.2 diafraqmalı) ön kamera və 15 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Galaxy A21s 19 iyun tarixində satışa çıxacaq. Smartfonun baza versiyası (3 GB RAM və 64 GB daxili yaddaş) 199 avro qiymətində satılacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: