"Samsung" yeni gadjetlərinin təqdimatını onlayn rejimdə keçirə bilər

A- A A+

Cənubi Koreyanın "Samsung Electronics" şirkəti yeni flaqman smartfonlarını onlayn rejimdə təqdim edə bilər.

NUHÇIXAN İnformasiya Agentliyi TASS-a istinadən verdiyi məlumata görə, təqdimat 5 avqust tarixinə planlaşdırılıb.

Bildirilir ki, "Samsung" hər il ən yeni gadjetlərını Nyu Yorkdakı geniş miqyaslı "Unpacked" tədbirində nümayiş etdirir, lakin bu il koronavirus pandemiyası səbəbindən təqdimatın yalnız onlayn formatda reallaşma ehtimalı var.

Gözlənilir ki, şirkət avqustda ictimayyətə iki yeni flaqmanlarını göstərəcək: "Galaxy Note 20" və qatlanan "Galaxy Fold 2". Bundan əlavə Cənubi Koreya istehsalçısı yeni "Galaxy Tab S7" planşetini və "Galaxy Watch 2" smart-saatını nümayiş etdirə bilər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: