Tədqiqatçılar birbaşa daxili orqanlara quraşdırılan biosensor çap etməyi öyrəniblər

A- A A+

Bəzi insanlar üçün daxili orqanların daimi monitorinqi həyati əhəmiyyət daşıyır. Bunun üçün insan özü ilə müxtəlif avadanlıq daşımağa məcburdur. Ancaq bu, həmişə rahat deyil və narahatlıq yarada bilər. Birbaşa daxili orqanlara quraşdırılan biosensorlar alternativ həll ola bilər. Amerikalı tədqiqatçılar müvafiq 3D çap texnologiyasını təqdim ediblər.
 
NUHÇIXAN İnformasiya Agentliyi "4pda.ru" saytına istinadən xəbər verir ki, Minnesota Universitetinin əməkdaşları biosensoru birbaşa daxili orqanlara quraşdırmağa imkan verən yeni 3D çap metodu hazırlayıblar. Ürək və ağciyərin daima hərəkətli vəziyyətdə olması və formasını dəyişdirməsi xüsusi çətinlik yaradır. Bu problemin həlli üçün film və videooyunların istehsalında geniş tətbiq edilən "hərəkətin tutulması" texnikasından istifadə edilib.
 
Bu texnologiya artıq ilk sınaqlardan uğurla keçib. Alimlər 3D printerin köməyi ilə donuzun ağciyərinin səthinə yumşaq hidrogeldən hazırlanmış biosensor quraşdırmağa nail olublar. Belə biosensorlardan istifadə edilməsi ürək və ağciyər kimi həyati əhəmiyyətli orqanların monitorinqini xeyli asanlaşdırmalıdır. Onların köməyilə həkimlər real vaxt rejimində xəstənin vəziyyəti haqqında daha dəqiq informasiya əldə edə biləcəklər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: