Fransa 5G şəbəkəsinin qurulmasında “Huawei” kompaniyasının iştirakına mane olmayacaq

A- A A+

Fransa öz ərazisində beşinci nəsil mobil internet sisteminin (5G) qurulmasında “Huawei” kompaniyasının texnologiyalarından istifadəyə maneə törətməyəcək, lakin özünün strateji maraqlarını da qoruyacaq.

NUHÇIXAN İnformasiya Agentliyi France Inter radiostansiyasına istinadla xəbər verir ki, bu barədə Fransanın İqtisadiyyat və Maliyyə naziri Brüno Le Mer deyib.

“5G şəbəkəsinin qurulmasında “Huawei” kompaniyasının iştirakına qlobal qadağa yoxdur. Fransa onun 5G texnologiyasını maliyyələşdirməsinə mane olmayacaq. lakin özünün strateji maraqlarını da müdafiə edəcək, yəni zəif vəziyyətdə olan yerli müəssisələri qoruyacaq”, - deyə nazir radiostansiyanın efirində bildirib.

Bir qədər əvvəl Böyük Britaniya hökuməti rabitə infrastrukturunda “Huawei” kompaniyasının avadanlığından imtina ediləcəyini deyib. Dekabrın 31-dən etibarən britaniyalı operatorlar bu istehsalçının 5G məhsulunu əldə edə bilməyəcək, 2027-ci ilə qədər isə onlar digər müəssisələrin analoqları ilə əvəzlənəcək. Pekin isə öz növbəsində bu addımın Çin kompaniyalarının Birləşmiş Krallığa investisiya yatırımına təsir edəcəyini vurğulayıb.

Qeyd edək ki, 1987-ci ildə əsası qoyulan “Huawei” telekommunikasiya avadanlıqları, həmçinin istehlak qurğuları, smartfonların istehsalı ilə məşğul olur. Kompaniya dünyanın 170-dən çox ölkəsinə məhsul ixrac edir və xidmətlər göstərir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: