Xiaomi yenilənmiş Black Shark 3S gamer smartfonunu təqdim edib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Xiaomi şirkəti yeni Black Shark 3S gamer smartfonunu təqdim edib. Bu, adi Black Shark 3 modelinin təkmilləşdirilmiş versiyasıdır. Lakin iki smartfon arasındakı fərq o qədər də çox deyil. Gözləntilərə baxmayaraq Black Shark 3S modeli yeni Snapdragon 865 Plus prosessorunu əldə etməyib. Lakin yeni model adi Black Shark 3 modelindən fərqli olaraq UFS 3.0 əvəzinə UFS 3.1 standartlı daxili yaddaş ilə təchiz olunub. Əsas dəyişiklik ekranda edilib. Texniki olaraq Black Shark 3S modeli adi Black Shark 3 kimi Full HD+ keyfiyyətli 6.67 düym AMOLED ekrana sahibdir.

Lakin yeni modelin ekranı 90 Hz-lik deyil 120 Hz-lik təsvir yenilənməsini dəstəkləyir. Bununla yanaşı ekranın toxunuşa reaksiya müddəti 24 millisaniyədən 17 millisaniyəyə endirilib. Smartfonun ekranıı həmçinin HDR10+ dəstəyinə və barmaq izi skanı texnologiyasına da sahibdir. Texniki özəlliklərə gəldikdə isə Black Shark 3S modeli Snapdragon 865 prosessoru, Adreno 650 qrafik çipi, 12 GB RAM, 128/256/512 GB daxili yaddaş həcmi, 64 MP + 13 MP + 5 MP üçlü arxa kamera, 20 MP-lik ön kamera və 65 vatt gücündə sürətli şarj texnologiyalı 4720 mAh enerji tutumlu batareya ilə təchiz olunub.

USB Type-C girişi vasitəsilə şarj olunan smartfon bu cür sürətli şarj texnologiyası sayəsində 100% enerjini 38 dəqiqəyə yığır. Smartfon Android 10 əməliyyat sistemi vasitəsilə çalışır. Black Shark 3S modeli 4 avqust tarixində satışa çıxacaq. 128 GB yaddaşa sahib versiya 574$-a, 256 GB yaddaşa sahib versiya 617$-a, 512 GB yaddaşa sahib versiya isə 688$-a satılacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: