Huawei şirkətindən Desktop (stolüstü) kompüterlər gəlir - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Huawei şirkəti bir çox ekosistem daxilində zirvəyə oturan bir şirkət halına gəlib. Bir çox cihaza malik olan şirkətin girmədiyi nadir bazarlardan biri də Desktop (stolüstü) kompüter bazarıdır. Lakin Weibo platformunda sızdırılan məlumatlara görə şirkətin bu bazar üçün də xüsusi planları var. Weibo istifadəçisinin sızdırdığı məlumata görə şirkətin yeni kompüterləri dövlət işləri və korporativ məqsədlər üçün istifadəyə veriləcək.

Bu kompüterlərdə həmçinin Windows əməliyyat sistemi istifadə edilməyəcək və Çinə məxsus olan UOS sistemi istifadə ediləcək. Kompüterin digər parametrləri isə belə olacaq: 8 GB Ram, 512 GB-lıq Samsung istehsalı SSD və AMD şirkətinə məxsus Radeon 520 videokartı olacaq. Huawei kompüterinin mənfi tərəflərinə gəldikdə isə deyə bilərik ki, kompüterin nə videokartını, nə də prosessorunu dəyişmək olmayacaq. Yəni dəyişib Nvidia videokartı və ya İntel prosessoru istifadə edə bilməyəcəksiniz.

Performans testlərinə görə isə 24 nüvəli Kunpeng prosessoru Intel Core i9-9900K prosessorunu çox nüvəli (multi core) testlərdə qabaqlayır. Lakin tək nüvəli testlərdə nəticənin necə olduğu paylaşılmayıb. Təxminlərə görə isə bu kompüterin satış qiyməti 7.500 Yuan (1076 dollar) olacaq. Qeyd edək ki, bu qiymət ciddi dərəcədə çoxdur. 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: