Üçölçülü “üzgəc” nanoölçülü işıq diodlarının parlaqlığını azı 100 dəfə artırdı

6576

Alimlər çox kiçik işıq diodlarının detallarından birinə üçölçülü “üzgəc” formasını verməklə onun parlaqlığını yüzlərlə dəfə artırıblar. Bu, onun sayəsində baş verir ki, modifikasiya işıq diodlarında istiliyi kəskin azaldıb və effektivliyi yüksəldib. İşin nəticələri “Science Advances “ jurnalında dərc edilib.

NUHÇIXAN İnformasiya Agentliyi TASS informasiya agentliyinə istinadla xəbər verir ki, işin müəlliflərindən biri – ABŞ Milli Standartlar və Texnologiyalar İnstitutundan (NIST) fizik Babak Nikoobaxt deyib: “Biz müvafiq işıq şüalandırıcılarının hazırlanmasında tətbiq olunan materialdan istifadə edirik. Fərq yalnız onların formasındadır. Müqayisə üçün: bir kvadrat mikrometr sahəsi olan adi işıq diodu təqribən 20 nanovatt, bizim hazırladığımız şüalandırıcı 20 mikrovatt (yəni 1000 dəfə çox) işıq yaradır”.

İlk işıq diodunu alimlər yarım əsrdən çox əvvəl yaradıblar. Bütün işıq diodlarında iki böyük çatışmazlıq var. Birincisi, onlar davamlı deyil. İkincisi, parlaqlıq nisbətən aşağı həddədir (bu halda işıq diodları bərk qızmır və elektrik enerjisi sərfiyyatı baxımından səmərəlidir).

Babak Nikoobaxt və onun həmkarları mövcud problemi təsadüfən həll ediblər. Onlar mikroçipin və ya digər miniatür cihazın içinə yerləşdirə bilmək üçün işıq şüalandırıcısı yaratmaq istəyiblər. Alimlər qeyd edirlər ki, bu cür ölçüyə malik bütün işıq diodları təcrübədə faydasızdır, çünki onlar olduqca az işıq yaradır.

“Mən təklif etdim ki, əgər biz işıq diodunun şüalandırıcı hissəsini düz yox, üzgəc formasında düzəltsək, o, özündən daha çox cərəyan buraxacaq. İşıq diodunun prototipini yaratmaqla biz onun nə vaxt yanacağını, cərəyanın gücünü tədricən artıracağını başa düşmək istəyirdik. Bunun əvəzinə o, getdikcə daha da parlaq oldu”, - deyə Babak Nikoobaxt bildirib.

Belə ki, “üçölçülü” işıq diodu klassik işıq diodlarından təqribən min dəfə çox bənövşəyi və ultrabənövşəyi işıq yaratdı. Müşahidələr göstərdi ki, cərəyanın gücü müəyyən həddə qədər artırıldıqda işıq diodu alimlərin müdaxiləsi olmadan lazer şüası buraxmağa başladı. Bu da müvafiq lazerlərin mikroçip və digər miniatür qurğulara yerləşdirilməsi üçün böyük perspektivlər yaradır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: