ABŞ alimləri “Android” əməliyyat sistemi üçün bir sıra əlavələrin gizlicə smartfon ekranlarının fotoşəkil və videolarını çəkərək bu məlumatları üçüncü şəxslərə göndərməsini müəyyənləşdiriblər. NUHÇIXAN “RİA Novosti” resursuna istinadən yazır ki, Bostonun özəl Şimal-Şərq Universitetinin alimlər qrupu eksperiment keçirərək mobil proqramlar tərəfindən istifadəçi danışıqlarının gizlicə qeydə alınmasını müəyyənləşdirməyə çalışıb. Onlar il ərzində 17 min populyar “Android” əlavəsini, o cümlədən “Facebook” sosial şəbəkəsinə aid olanları və ona məlumat göndərənləri tədqiq ediblər. Tədqiqat zamanı alimlər qrupu 10 müxtəlif qurğudan istifadə edib. Alimlər tərəfindən əlavələrin gizlicə mikrofonu işə salaraq səs göndərməsi faktı aşkarlanmayıb. Lakin onlar müşahidə ediblər ki, bəzi əlavələr istifadəçilərin telefonda etdiklərinin fotoşəkil və videosunu çəkir və məlumatları üçüncü şəxslərə göndərir. Bəzi hallarda videoqurğuya daxil edilən fərdi informasiyaya aid olub. Tədqiqatçılar qeyd edir ki, istifadəçilər onların telefonda etdiklərinin qeydə alınması barədə məlumatsız olublar, çünki bu, əlavələrin məxfilik siyasətində göstərilməyib.