Alimlər yeni doğulan körpələr üçün süni ağciyər yaradıblar

A- A A+

Kanada və Almaniyanın bir qrup alimi tənəffüs problemləri yaşayan yeni doğulan körpələr üçün xarici süni ağciyər yaradıb. Süni ağciyər xüsusi qaz və oksigen qarışığından deyil, havadan istifadə edir.

NUHÇIXAN science.gov.az saytına istinadla xəbər verir ki, yeni işləmə qanı oksigen ilə zənginləşdirən ikitərəfli məsaməli membranlardan ibarət olan mikrokanallar sistemini özündə əks etdirir. Sözügedən konstruksiyada qan nasosların köməyi ilə deyil, sərbəst şəkildə dövr edir, təzyiqin dəyişməsi nəticəsində isə qan hüceyrələrinin zədələnməsinin qarşısı alınır. Cihazın forması qanın tərkibini həmcins saxlayaraq körpələrə lazimi həcmdə çatdırılmasını təmin edir.

Alimlərin sözlərinə görə, süni ağciyərlər yeni doğulan körpələrin orqanizminin bütün zəruri tələblərini ödəmək gücündədir. Qurğunun dayanıqlılığını yüksəltmək və körpənin orqanizminə düşən yükü azaltmaq üçün fiziklər onun hazırlanmasında digər materialları da sınaqdan keçirmək niyyətindədirlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: