Galaxy S10 modeli Samsung'un ən fərqli cihazlarından biri olacağı düşünülür. Buna səbəb telefonun 3 arxa kameraya, yeni bir dizayna və ekranda barmaq izi sensorunun olmasıdır. Yenı çıxan məlumatlara görə isə Samsung 2014-cü ildə, yəni iPhone X daha tanıdılmadan əvvəl 3D Üz Tanıma texnologiyasının patentini almağa çalışıb. ABŞ Patent ofisindən gələn məlumatlara görə isə Samsung bu patenti hələ indi ala bilib.
NUHÇIXAN xəbər verir ki, hal-hazırda Samsung kimi bir şirkətin əlində 3D Üz Tanıma patentinin olması Galaxy S10 modelində bu texnologiyanın istifadə ediləcəyinə bir işarə kimi qəbul edilir.Bir neçə ay əvvəl xəbərini hazırladığımız 3D İris Tanıma texnologiyasından Samsung'un imtina etdiyi bəllidi. Onun yerinə İsrailli şirkət ilə ultrabənövşəyi şüa istifadə edərək 3D Üz Tanıma sisteminin hazırlanmasında birlikdə çalışdıqlarını bildirmişdik. Əlavə olaraq bu texnologiyanın həm də Galaxy X modelində də istifadə ediləcəyi düşünülür.
3D Üz Tanıma texnologiyası Time of Flight adı verilən başqa bir texnologiya üzərində hazırlanır. Həmçinin Galaxy S10 modelində standart görüntü sensoru və istifadəçidən əks olunan işığı təyin edən başqa bir sensor daha istifadə ediləcək. Bu qədər texnologiyanın bir yerdə olma səbəbi sadəcə ekran kilidini açmaq yox, hərəkət izləyicisi, göz izləyicisi və gecə görüşü kimi bir çox funksiya üçün istifadə edilməsidir.