Apple yenilənmiş iPad 8 planşetini təqdim edib

A- A A+

"Apple" şirkəti iPad 8 planşet kompüterinin yenilənmiş modelini təqdim edib.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, həmin planşet kompüterinin yenilənmiş modeli A12 Bionic prosessoruna sahib olub. Onun sayəsində iPad-ın yeni nəsili keçmiş modelindən 40 faiz sürətli və digər istehsalçıların rəqiblərindən bir neçə dəfə daha sürətli işləyəcək.

Məlumata əsasən, yenilənmiş batareya iPad 8-ni 24 saat ərzində yenidən doldurmadan istifadə etməyə imkan verəcək.

Yenilənmiş iPad-ın qiyməti konfiqurasiyadan asılı olaraq 329 dollardan başlayır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: