“YouTube” yalanla mübarizə üçün 25 milyon dollar ayırdı

A- A A+

“YouTube” şirkəti “fake” (yalan) xəbərlərlə mübarizə məqsədilə 25 milyon dollar ayırıb.

NUHÇIXAN-ın “The Hollywood Reporter”a istinadən verdiyi xəbərə görə, yalan və saxta xəbərlərin yayılmasının qarşısını alan platforma təkmilləşdiriləcək.

“YouTube” “Google News”la birlikdə keyfiyyətli xəbər videolarının yayılmasına da çalışacaq. Şirkət nüfuzlu xəbər mənbələrinə dəstək vəd edib.

Qeyd edək ki, “Facebook” sosial şəbəkəsi 2017-ci ilin oktyabrından 2018-ci ilin martına qədər spam yayan 1,56 milyard paylaşımı avtomatik sistem vasitəsilə bloklayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: