Böyük Britaniya hökuməti "Facebook” sosial şəbəkəsini 500 min funt sterlinq (663 min ABŞ dolları) məbləğində cərimələyəcək.
NUHÇIXAN xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb şirkətin şəxsi məlumatları digər şirkətə ötürülməsi və bununla bağlı Britaniya qanunvericiliyini pozmasıdır.
“Facebook" şəxsi məlumatların qorunması ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tələbi yerinə yetirə bilməyib”, - deyə informasiya üzrə komissar Elizabet Den bildirib.
Sosial şəbəkə rəsmiləri hələ ki, bu məsələyə aydınlıq gətirməyib. Xatırladaq ki, "The New York Times" qəzetinin məlumatına əsasən, “Cambridge Analytics” mərkəzi seçicilərin siyasi mövqeyini təhlil edəcək alqoritm hazırlamaq üçün sosial şəbəkənin milyonlarla istifadəçisinin şəxsi məlumatlarını ələ keçirib.