Ən gəlirli elektromobilin adı açıqlandı

A- A A+

Avtomobil istehsalında konsaltinqlə məşğul olan “Munro & Associates” şirkətinin prezidenti Sendi Manro (Sandy Munro) ən gəlirli avtomobilin adını açıqlayıb. NUHÇIXAN-ın ixbt.com saytına istinadən məlumatına görə, bu, “Tesla Model 3”-dür. Elektrik mühərrikə malik sedanın istehsalı istehsalçıya 30 faizdən çox xalis mənfəət gətirir. “Munro & Associates”in rəhbərinin sözlərinə görə, heç bir digər elektromobilin istehsalı belə rentabelli deyil. Bundan öncə “Model 3” elektromobilini müzakirə edərkən Manro onun zahiri və daxili quruluşunu tənqid edib. Ancaq onun yollardakı davranışını tərifləyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: