“Xbox” oyunları “ağıllı” televizorlarda oynanılacaq

A- A A+

"Xbox" proqramı 2021-ci ildə "ağıllı" televizorlara quraşdırılacaq. Bu barədə "Microsoft" korporasiyasının "Xbox" bölməsinin rəhbəri Fil Spenser "The Verge" nəşrinə müsahibədə deyib.

NUHÇIXAN İnformasiya Agentliyi 3dnews.ru saytına istinadən xəbər verir ki, "xCloud" servisinin televizor üçün proqrama çevrilməsi ilə bağlı sualı cavablandıran korporasiya nümayəndəsi bunun yaxın 1 il ərzində baş verəcəyini bildirib.

Ötən ay F.Spenser "Stratechery" bloquna müsahibədə televizora qoşaraq "xCloud" servisi vasitəsilə oyunlar oynamağa imkan verən xüsusi qurğular buraxmaq niyyətində olduğunu qeyd edib. Onların 2021-ci ildə işıq üzü görəcəyi ehtimal olunur.

Maraqlıdır ki, "Microsoft" oxşar aparat həlli üzərində 2016-cı ildə çalışıb – onun kod adı "Project Hobart" olub, lakin sonda ondan imtina edilib.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: