2020-ci ilin noyabrında Azərbaycanın internet bazarında “Google Chrome” brauzerinin payı oktyabr ayı ilə müqayisədə 0,35 faiz artıb.
NUHÇIXAN İnformasiya Agentliyi bu barədə “Global Stats” statistika mərkəzinə istinadən məlumat verir.
Statistikaya əsasən, “Chrome” brauzerinin bazarda payı 76,29 faiz təşkil edib.
“Safari” brauzerinin noyabr ayında payı oktyabrla müqayisədə 0,29 faiz artaraq 10,53 faiz təşkil edib.
“Samsung Internet” brauzerinin payı 1,09 faiz artaraq 4,98 faizə bərabər olub.
Eyni zamanda, noyabr ayında “Opera” brauzerinin internet bazarında payı 0,71 faiz azalaraq 3,83 faiz təşkil edib.
“Yandex Browser” və “Mozilla Firefox” brauzerlərinin payı müvafiq olaraq 0,47 faiz və 0,18 faiz azalaraq 1,54 faiz və 0,95 faiz təşkil edib.