Robot texnikası və dron bazarı yüksək sürətlə inkişaf edir

A- A A+

Analitiklərin proqnozuna görə, 2018-ci ildə robot texnikası və pilotsuz idarə olunan sistemlərin qlobal satış həcmi 95,9 milyard dollar təşkil edəcək, 2022-ci ilədək bu göstərici 201,3 milyard dollaradək yüksələcək ki, bu da 19,6% orta illik artım sürətinə uyğundur. NUHÇIXAN Elektron Xəbər Xidməti “computerworld.ru” saytına istinadən yazır ki, “IDC” analitik şirkətinin hesablamasına görə, qlobal satış həcminin 85%-dən çox hissəsi robot texnikasının (əsasən sənaye robotları) payına düşür. 2018-ci ildə pilotsuz idarə edilən uçan aparatların (dron) satış həcmi 9,3 milyard dollaradək artacaq, yaxın illər ərzində isə ildə orta hesabla 32,1% artacaq. İndiyədək dronlar əsasən hava çəkilişi üçün tətbiq edilirdisə, hazırda onları artıq yüklərin (həmçinin təcili tibbi yüklər) çatdırılmasında və kənd təsərrüfatı monitorinqində istifadə etməyi planlaşdırırlar. Əksər ölkələrdə dron uçuşlarını tənzimləyən qanunlar qəbul edilir və istehsalçılar aparatların etibarlılıq və təhlükəsizliyini artırmağa böyük önəm verirlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: