Dünyanın bir sıra ölkəsində "WhatsApp" messencerinin işində problemlər müşahidə olunur.
NUHÇIXAN İnformasiya Agentliyi Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə "Downdetector" xəbər yayıb.
Problemlərlə bağlı şikayətlər daha çox Avropa (İspaniya, Fransa, İtaliya, Almaniya, Belçika, Böyük Britaniya) və bir sıra Latın Amerikası ölkəsinin (Meksika, Braziliya, Argentina, Peru) istifadəçilərindən gəlib. Belə ki, "WhatsApp" istifadəçilərinin təxminən 96%-i serverə qoşula bilmir, 3%-i veb-saytdakı qəzalar barədə məlumat verib.
"YouTube"da da dayanmalar müşahidə olunur. Dayanmaların olduğunu bildirənlərin əksəriyyəti (61%-i) videoları aça bilmir, 34%-i veb-saytın açılmasında çətinlik çəkir, 4%-i isə video-hostinq səhifəsinə daxil ola bilmir.
Dünya üzrə, həmçinin "Telegram" messencerinin işində də problemlər yaşanır. Belə ki, istifadəçilərin əksəriyyəti (86%-i) xidmətə qoşula bilməməsindən, 13%-i isə mesaj göndərməkdə çətinlik çəkdiyindən şikayət edib.