“Honor” şirkəti “V40” adlı ilk qabaqcıl smartfonunu təqdim edəcək

A- A A+

“Huawei” şirkətindən bu yaxınlarda ayrılaraq müstəqil fəaliyyət göstərən “Honor” şirkəti yeni “V40” qabaqcıl smartfonunu təqdim etməyə hazırlaşır. Yeni cihaz haqqında Çin insayderlərinə istinadən “GSMArena” nəşri yazıb.
 
NUHÇIXAN İnformasiya Agentliyi “ria.ru” saytına istinadən yazır ki, “Honor V40” aparatı təsviri 12 hers tezliklə yeniləyən matrislə təchiz ediləcək. Bükülmüş şüşə və ekrana yerləşdirilmiş ikiqat ön kamera cihazın görünüşünü təyin edəcək. Smartfon beşinci nəsil mobil şəbəkələrini dəstəkləyən “Dimensity 1000+” platforması ilə işləyəcək.
 
Smartfon 50 mp-lik sensora malik kvadrokamera ilə təchiz ediləcək. Ehtimal ki, “Honor V40” aparatı 66 vatt gücündə sürətli enerjidoldurma texnologiyası ilə təchiz ediləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: