Tesla bu aydan "Model Y" avtomobillərinin satışını çoxaldır

A- A A+

Tesla şirkəti bu aydan Çində istehsal etdiyi "Model Y" SUV elektrik avtomobillərin satışını çoxaldır.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, istehsalçısı dünyanın ən böyük avtomobil bazarında satışlarını genişləndirmək niyyətindədir.

Elektrik avtomobillər üçün böyük subsidiyalar təklif edən Çin Teslanın qlobal benzin və ya dizel mühərrikli nəqliyyat vasitələrinin ətraf mühiti çirklənməsini azaltmaq strategiyasının açarı sayılır. Şirkət "Model 3" sedanlarını da istehsal etdiyi Şanxay avtomobil zavodunun fəaliyyətini belə genişləndirir. Oktyabr ayında "Model 3" avtomobillərinin artıq Avropaya idxalı başlanacaq.

İlkin məlumatlara görə, "Model Y" modelinin Çindəki başlanğıc qiyməti 339.900 yuandır (52.091.95 dollar).

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: