Azərbaycanın əməliyyat sistemi bazarında "Android"in payı artıb

A- A A+

2020-ci ilin dekabrında Azərbaycanın əməliyyat sistemi bazarında "Android" sisteminin payı 53,1 faiz təşkil edib ki, bu da noyabr ayı ilə müqayisədə 4,89 faiz çoxdur.

NUHÇIXAN İnformasiya Agentliyi bu barədə “Global Stats” statistika mərkəzinə istinadən məlumat verir.

İkinci yerdə qərarlaşmış "Microsoft" şirkətinin "Windows" əməliyyat sisteminin bazarda payı 4,29 faiz azalaraq 33,75 faiz təşkil edib.

"Apple" şirkətinin "iOS" əməliyyat sistemi payı 0,17 faiz artaraq 9,03 faizə bərabər olub.

Digər əməliyyat sistemləri sırasında "macOS X" (Apple, 2,57 faiz), "Linux" (0,91 faiz) yer alıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: