"IDC" analitik şirkəti "ağıllı şəhər" layihələrinin həyata keçirilməsi üçün qoyulan investisiyaların təxminən iki dəfə artımını proqnozlaşdırır. Gözləntilərə görə, 2018-ci ildə dünyada "ağıllı" şəhər infrastrukturunun yaradılması təşəbbüslərinə 81 milyarddan çox ABŞ dolları xərclənəcək, 2022-ci ildə bu məqsədlər üçün qlobal xərclər 158 milyard dollara yaxınlaşacaq.
NUHÇIXAN xəbər verir ki, coğrafi baxımdan Çin və Yaponiyanın daxil olduğu Asiya-Sakit okean regionu "ağıllı şəhər" texnologiyalarının tətbiqinə ən böyük töhfə verəcək. Əhəmiyyətinə görə Amerika ikinci, Avropa, Yaxın Şərq və Afrika isə üçüncü region olacaq.
ABŞ "ağıllı şəhər" proqramlarına yatırımlar üzrə lider ölkə olacaq: 2018-ci ildə ABŞ müvafiq layihələrə 23 milyard dollardan çox vəsait xərcləyəcək. Çin ikinci yeri tutacaq.
Meqapolislər arasında Sinqapur, Tokio, Nyu-York, London və Şanxay "ağıllı" şəhər infrastrukturunun tikintisinə daha çox investisiya qoyacaq.