Feysbukda problem yaranıb

668

Feysbuk sosial şəbəkəsinin işində problemlər müşahidə olunur.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə populyar internet resurslarının fəaliyyətini izləyən “Downdetector” saytı məlumat yayıb.

Sosial şəbəkədəki problemlər ABŞ-ın şərq sahilyanı ərazilərindəki şəhərlərdə yerli vaxtla saat 21:31-də (Bakı vaxtı ilə saat 06:31) müşahidə olunmağa başlayıb. Feysbukun işindən Birləşmiş Ştatlarla yanaşı, Niderland və Böyük Britaniyada da şikayətlənirlər.

Sosial şəbəkə istifadəçilərinin təxminən 56 faizi hesablarında problemlərin yaranmasından, daha 25 faizi feysbukun tamamilə işləməməsindən, 18 faizi paylaşım lentinə baxa bilməmələrindən gileyləniblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: