“Google” gözlənilmədən iddialı layihəsinin fəaliyyətini dayandırıb

A- A A+

“Alphabet” (Google) şirkəti hava şarlarının köməyi ilə internetə simsiz qoşulma yaratmağı hədəfləyən “Project Loon” layihəsinin fəaliyyətini dayandırır. Bu barədə layihənin rəsmi saytında məlumat verilib.
 
NUHÇIXAN İnformasiya Agentliyi ria.ru saytına istinadən xəbər verir ki, layihənin baş direktoru Alaster Vestqart bu qərarı şirkətin lazımi sayda tərəfdaş və investor tapa bilməməsi ilə izah edib. Bundan başqa, sözügedən layihə uzunmüddətli və dayanıqlı biznes qurmaq üçün öz xərclərini minimumadək azaltmağa nail ola bilməyib.
 
“Project Loon” layihəsi hələ ötən il uğurla sınaqdan keçirilib. Məsələn, Keniyada istifadəyə verilmiş 35 hava şarı yerli mobil rabitə operatorunun şəbəkələrində işləyib. Hər bir hava şarının əhatə dairəsi 80 kvadrat kilometr təşkil edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: