ABŞ-ın informasiya texnologiyaları şirkəti “Microsoft” bazar kapitallaşmasına görə “Saudi Aramco” şirkətini geridə qoyaraq dünyada ikinci olub.
NUHÇIXAN İnformasiya Agentliyi xarici saytlara istinadla xəbər verir ki, “Microsoft” şirkətinin ümumi bazar kapitallaşması 1,82 trilyon dollar təşkil edir.
Birinci yeri əvvəlki kimi ABŞ-ın “Apple” (bazar kapitallaşması 2 trilyon dolları ötür) korporasiyası tutur. 2020-ci ilin sentyabrında “Apple” şirkəti birinciliyi “Saudi Aramco” neft-qaz şirkətinə təhvil vermişdi, amma sonra yenidən liderliyi geri qaytarıb.
ABŞ-ın “Microsoft” şirkəti 1975-ci ildə Bill Qeyts və Pol Allen tərəfindən təsis edilib. Mənzil-qərargahı Redmondda (Vaşinqton ştatı) yerləşir. Şirkət proqram təminatının hazırlanması üzrə ixtisaslaşıb.