“Google Docs”da kompüter təlimi texnologiyalarından istifadəyə əsaslanan qrammatikanın yoxlanılması aləti əlçatan olub

A- A A+
NUHÇIXAN xəbər verir ki, “Google Docs”da kompüter təlimi texnologiyalarından istifadəyə əsaslanan qrammatikanın yoxlanılması aləti əlçatan olub.

Əvvəllər mətndəki qrammatik səhvlərin yoxlanılması üçün kənar proqram və brauzer üçün genişlənmələrdən (məsələn, "Grammarly") istifadə edilirdi, indi isə belə imkan "Google Docs" xidmətinin özündə əlçatan olub. "Google" şirkəti bulud xidmət paketi və "G Suite" tətbiqlərinin yenilənməsi çərçivəsində öz xidmətinə kompüter təlimi mexanizminə əsaslanan qrammatikanın yoxlanılması alətini əlavə edib.

Həmin alət hələ ki, yoxlama rejimindədir və "Early Adopter Program" proqramının iştirakçıları üçün əlçatandır. Artıq yeni alət cümlənin quruluşundakı problemləri və sözönlərinin yanlış istifadəsini müəyyənləşdirə bilər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: